Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Xəbərlər
2 İyul , 2020

Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldiqdan az sonra Nazirlər Şurasının 1918-ci il 2iyul tarixli sərancamı ilə Daxili İslər Nazirliyi  tərkibində müstəqil Azərbaycanının  polis orqanları yaradıldı.Azərbaycan polisi yarandigi gündən xalqın və dövətin mənafeyinə ləyaqətlə xidmət etdi.Əsayişin və təhlükəsizliyin  mühafizəsi, sabitliyin və əmin-amanligin  qorunması, cinayətkarlığa  qarşı mübarizə kimi  məsuliyətli vəzifələri vicdanla yerine yetirdi.

 AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq mühafizə sturukturlarını, o cümlədən milli polisi ləğv etdi.Əvəzində “milis” adlandırılan bir qurum yaradıldı.Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan daha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönləndirilmişdi. Sovet milisi mövcud olduğu 70 il ərzində dövlətin represiya aparatı rolunu oynamışdır.

 Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu.Onun funksiya və vəzifələri dəqiqləşdirildi.Azərbaycan polisi birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda geden döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur.Polisin sıralarında xeyli sayda “Milli Qəhrəman”adına, habelə orden və medallarla təltifə layiq görüllənlər vardır.

 Prezident H.Ə liyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polis Günü  kimi qeyd olunur.