Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Xəbərlər
22 İyul , 2020

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sora o, Bakıda ana dilində “Əkinçi “ qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi “qəzetinin nəşri bütün Qafqazda əks –səda doğurmusdu.

1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işiq üzü görmüşdü.

“Əkinçi”qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkələnməsində  böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmisdi.

 Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi “dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında “Ziya” (1879) ,Kəşkül”(1880) ,“Kaspi” (80-90-ci illər)qəzetləri nəşrə başlamışdı.

 XX   əsrin əvvələrində  C. Məmmədquluzadə M. Şahtaxtinski S. Hüseyin Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nətcəsini verdi. “Şərq –rus” (1903)”Həyat”(1905), “Açiq söz” (1915), “Azərbaycan “ (1918)  kimi demokratik ruhlu qəzetler meydana çıxdı .1906 –cı ildə “Molla Nəsrəddin “jurnalının  nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsasi qoyuldu. Redaktor Xədicə xanım Əlibəyova olan “İşıq”jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi.

 Sovet hakimyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda  da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik  mətbuatdan söhbət belə gedə bilməzdi. Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr kommunisd Partiyasının orqanı olan”Pravda”(bu qəzetin dilimizə tərcüməsi “Həqiqət”olsa da səhifələri qərb demokratiyasına qarşı iftiralarla ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün -5 may Mətbuat Günü kimi qeyd olunurdu

  Azərbaycan öz müstəqiliyinin bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdiş mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqanı –qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi “qəzetinin nəşrə başladığı gün -22 iyul Milli Mətbuat və jurnalistika Günü kimi qeyd olunmağa başladı.