Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Tədbirlər
8 Noyabr , 2019
Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsi 9 noyabr Dövlət bayrağı Günü münasibətilə Tarix Diyarşünaslıq muzeyində tədbir təşkil etmişdir. əvvəlcə tədbir üçün hazırlanmış sərgiyə baxış keçirildi. MKS-in direktor müavini Təranə Məmmədova bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ədil Həsənov mövzu üzrə ətraflı  çıxış etdi və qeyd etdi ki, bu da sevindirici haldır ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilib. Bu gün həmin təşkilatın Nyu-Yorkdakı igamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.
Foto Qalereya