Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Tədbirlər
11 Oktyabr , 2019

Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsi "Müstəqilliyimiz əbədidir" başlığı altında tədbir keçirmişdir. Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının bir qrup tələbələri arasında təşkil edilmişdir.Giriş sözü ilə Ağcabədi rayon MKS-inin direktor müavini Təranə Məmmədova öz çıxışına bu sözlərlə başladı- "Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan."
Tədbirdə qeyd edildi ki, XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.
Tədbir olduqca maraqlı və yaddaqalan oldu.