Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Xəbərlər
10 Avqust , 2019
Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi rayon MKS-inin Boyat kənd kitabxana filialında “Bayat Elinin ziyalıları” adlı filmin ilk təqdimatı olmuşdur..
Azərbaycan Respublikasının Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2019-cu ildə elan etdiyi Qrand müsabiqələrində qaliblərdən biri də Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin “Bayat Elinin ziyalıları” filmin çəkilməsi adlı layihənin icrası üçün şəkilən filmdə Qədim Qarabağın bu günü və keçmişini əks etdirən, Qarabağın qədim elatlarından biri olan BAYAT elinin bu günkü ziyalıları, tarixdə olan önəmli şəxsiyyətləri haqa məlumatlar yer almışdır. Layihənin rəhbəri Müharibə veteranı bayat elinin ziyalısı Müşviq Əliyevdir. Filmin rejissoru Etibar Məmmədov və onun ekibinin bacarığından istifadə edilib. Etibar Məmmədovun ssenarisi əsasında çəkilən filmin ilk təqdimat mərasimi 10 avqust 2019-cu il tarixində Ağcabədi rayonun Boyad kəndində Məhəmməd Füzuli adına kitabxanada keçirilmişdir.
Mərasimdə bir qrup ziyalılarla birlikdə ətraf kənd kitabxana filialının əməkdaşları da iştirak etmişdir.