Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Xəbərlər
23 May , 2019
 Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində  Azərbaycanın klassik şairi Abbas Səhhətin 145 illiyi münasibəti ilə şairin həyat və yaradıcılığına həsr edilmiş sərgi və səhərcik təşkil edilmişdir. Səhərcikdə şəhər 2 saylı tam orta məktəbin 2-ci və 4-cü sinif şagirdləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan MKS-in direktor müavini Təranə Məmmədova Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açdığını, 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirib və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdıb və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs dediyini iştirakçıların nəzərinə şatdırmışdır.
Uşaqlar şerlər söyləmiş, səhnəciklər göstərmişlər. 
Tədbirin sonunda şairin şerlərinə bəstələnmiş "Sücələrim", "Quşlar" və s.uşaq mahnıları nümayiş olunmuşdur.