Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Haqqımızda
13 Fevral , 2015

Ağcabədi rayon Mərkəzi kitabxanası 1938-cü ildə yaradılmışdır. Rayon Mərkəzi kitabxanası həmyerlimiz şəhid Miryaqub Mirtahir oğlu Kərimovun adını daşıyır. Bütün Azərbaycanda olduğu kimi Ağcabədi rayonunda da 1974 - cü ildə kitabxana - informasiya şəbəkəsinin mərkəzləşdirilməsi işi həyata keçirildi. Kənd kitabxana filialları və rayon Mərkəzi kitabxanası birləşdirilərək vahid rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradıldı.

MKS-nin tərkibində 1mərkəz, 2qəsəbə. 45 kənd kitabxana filialı fəaliyyət göstərir. Rayon Mərkəzi kitabxanasının kitab fondu 314473 nüsxədir. Multimedia nəşrlərinin sayı 441-dir. MKS il ərzində 40 mindən artıq oxucuya xidmət edir. Hal-hazırda MKS-də 121 nəfər işçi çalışır. Bunlardan 3 nəfəri texniki işçidir.

Mərkəzi kitabxanada aşağıdakı şöbələr fəaliyyət göstərir:

1. Oxuculara xidmət şöbəsi.

2. Komplektləşdirmə və kitabişləmə şöbəsi.

3. Metodika və biblioqrafiya şöbəsi.

4. Kitabxana- biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi.

5. İnformasiya – resurs şöbəsi.

6. Uşaq şöbəsi.

Kitabxananın iş prinsipləri:

MKS-nin Oxuculara xidmət şöbəsi-oxuculara abonoment, oxu zalı, internet vasitəsi ilə xidmət göstərir.Kitab təbliği işində əyani və şifahi təbliğat formalarından istifadə edərək müxtəlif məzmunlu tədbirlər hazırlayıb keçirir.

-Komplektləşdirmə və kitabişləmə şöbəsi kitabxanaları profilə uyğun olaraq komplektləşdirməklə yanaşı,kitabxanalara daxil olan ədəbiyyatın kitabxana qaydası ilə işləyərək kitabxanalara göndərilməsini , elektron kataloqa yazılmasını təşkil edir.Bununla yanaşı şöbədə mədəni-iqtisadi profil kartotekasının, seriyalı nəşrlərin, çoxcildli nəşrlərin uçot kartotekasını ayrıca təşkil etməklə yanaşı əlifba və sistemli kataloq kartoçkaların yerləşdirilməsinə nəzarət edir.

-Metodika və Biblioqrafiya şöbəsi. MKS-nin bölmələrinin işini təhlil edir, qabaqcıl iş təcrübəsini öyrənir və kitabxanada tətbiq edir. Metodiki məktublar və tövsiyələr hazırlayıb filiallara göndərir. Ayda bir dəfə kitabxana işcilərinin seminarlarını təşkil edir. MKS-nin bölmələrinin plan və hesabatlarını dolgun aparılmasını təmin edir. Qrafik əsasında kənd filiallarına gedişlər təşkil edir.

-Kitabxana - biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi. Kitabxananın elektron kataloqunun idarə olunması, elektron resursların, bazaların yaradılması, Elektron kataloqun "Kataloqlaşdırma", "Komplektləşdirmə", "Oxucu", "Kitab verilişi" modullarının işini təşkil edir. . MKS-də kitabxana-biblioqarfiya proseslərinin avtomatlaşdırılması işini təşkil edir.

-İnformasiya – resurs şöbəsi. Rayon mərkəzi kitabxanasında yeni yaradılan bu şöbə kitabxananın Veb saytının idarə olunması, şəbəkənin antivirus proqramının, habelə lokal və internet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Kitabxana-biblioqrafiya proseslətinin avtomatlaşdırılması şöbəsinin həyata keçirdiyi "Kataloqlaşdırma" modulunun bazasından istifadə edərək elektron resusların bazalarının yaradılmasını həyata keçirir.

-Uşaq şöbəsi. Uşaq şöbəsi rayonumuzun məktəb yaşlı uşaqlarının dünyagörüşünün formalaşmasında, onların vətənə, xalqa məhəbbət hissi ilə böyüməsində vəzifə borclarını məsuliyyətlə yerinə yetirirlər.

Burada uşaqlar yaş xüsusiyyətinə görə qruplaşdırılır.

I- IV siniflər.

V-VIII siniflər.

IX-XI siniflər