Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Tədbirlər
9 Noyabr , 2017
08 noyabr 2017-ci il tarixdə 9 noyabr -Azərbaycan Bayrağı günü münasibətilə tədbir keçirilib. əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Sonra MKS-in direktoru M.Əliyeva bayram münasibətilə oxucuları təbrik edərək bildirib ki, belə tədbirləri keçirməkdə məqsəd uşaqlarda vətənə, bayrağa, torpağa məhəbbət, sevgi hislərini aşılamaqdır. "Biz çalışmalıyıq ki, hər bir Azərbaycan övladı vətənin hüdudlarından kənarda da belə torpağına layiq bir vətəndaş kimi özünü doğrulda bilsin”. Həmçinin ədbirlərdə "Bayraq günü”nün təsis edilməsi ilə bağlı məruzə və çıxışlar, şagirdlərin ifasında Azərbaycanı, Azərbaycan bayrağını vəsf edən şeirlər, mahnılar dinlənilib.