Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Dünya kitabxanaları
8 Fevral , 2015


Dövrümüzə qədər gəlib çatan yazılı mənbələr kitabxanalar haqqında bir çox məlumatlar verir. İlk kitabxanalar qədim Şummerlərdə yaranıb. Bu haqda aparılan araşdırmalar və qazıntılardan əldə olunan bilgilərə əsasən kitabxanaların tarixi e.ə 2400-cü illərə qədər uzanır. Ən qədim kitabxana hesab olunan Selsus kitabxanası Romada yerləşir. Kitabxanada 12 min bağlama saxlanılır, həm də məqbərə funksiyasını daşıyır. Tez oyananları salamlamaq üçün Selsus kitabxanasının fasadı yüksələn günəşə doğru yönəldilib. Sütunların taxçalarında müdrüklük (Sophia), bilik (Episteme), kəşfiyyat (Ennoia) və şücaəti (Arete) simvollaşdıran heykəllər yerləşir. Onlar Selsus kitabxanasının əsas üstünlüklərindən biridir. Kitabxana avstriya Arxeoloji İnstitutunun köməyi ilə bərpa edilib və heykəllərin orijinalları 1910-cu ildə Venyada Efesa Muzeyində yerləşdirilib. 

Ən qədim kitabxanlardan biri Asuriya hökmdarı Aşşurbanipal tərəfindən e.ə 625-ci ildə qurulan Nineva kitabxanasıdır. Qazıntılar zamanı bu kitabxanadan tapılan 20 minə yaxın gil lövhələr Biritaniya muzeyində saxlanılır. Misir hökmdarı  II Ptolomey tərəfindən e.ə 3 əsrdə qurulan İsgəndəriyə kitabxanası dövrünün ən nəhəng kitabxanası hesab olunurdu. Burada 700-800 min papirus lövhə vardı. E.ə 47-ci ildə Sezarın İskəndəriyəyə hücumu zamanı kitabxanaya ciddi zərər dəyib.  391-ci ildə isə patriarx Teofilos tərəfindən müəyyən hissəsi dağıdılıb. 642-ci ildə şəhərin ərəblər tərəfindən tutulması zamanı isə İsgəndəriyyə kitabxansı tamamilə yandırılıb.

E.ə 165 ci ildə qurulan Perqamon kitabxanası, b.e-nın 355-ci ilində I Konstantin tərəfindən Konstinapolda (indiki İstanbul) qurulmuş imperatorluq kitabxanaları dövrünün nüfuzlu kitabxanaları sırasında idi. Orta əsrlər də isə, monastırların nəzdində 1000-ə yaxın əlyazmaların saxlanıldığı xırda kitabxanalar yaranır.

İlk mətbəə Çinlilər tərəfindən qurulsa da, sonradan türklər və ərəblər tərəfindən daha da inkişaf etdirildi. Ərəblələrdə mətbəə işinin genişlənməsi ilə kitabxanalar da artmağa başladı. Abbasilər dövründə Bağdatda dünyanın ən böyük kitabxanarından biri olan “Beytül-Hikmət” qurulub. Bu kitabxanada bir milyondan çox kitab mövcud idi.

İlk özəl kitabxanalar 5 əsrdə Antik Yunanıstanda yaranıb. Qərbdə ilk xalq kitabxanaları isə Romada yaranıb. Bu kitabxanalarda latın və yunan dili bölmələri mövcud idi.

VIII əsrdə iranlılar, sonra isə ərəblər Çindən kağız isttehsalını mənimsədilər. IX əsrdə bir çox islam ölkələrində xalq kitabxanaları qurulmağa başladı. Bunlara “Dar-ül-elm” deyirdilər. Bu dövrdə Abbasi xəlifəsi əl Mütəvəkkil Şirazda 360 otaqlı kitabxana kompleksi tikdirdi.

Avropada bu sahədə daha geniş işlər Quttenberqin 1445-ci ildə çap dəzgahını ixtira etməsi ilə başladı. XVII-XVIII əsrlərdə kitabxanaların sayı artmağa başladı. Özəl kitab kolleksiyaları yarandı. Dünyanın bir çox ən böyük kitabxanalarının əsası bu dövrdə qoyulub.  

Video Qalereya