Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Şəhidlərimiz
8 Fevral , 2015

1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. O, 1978-ci ildə orta məktəbi bitirib, Xankəndi (Stepanakert) Pedaqoji İnstitunun “İbtidai Metodika” fakultəsinin qiyabi şöbəsinə daxil olur. Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra kəndə qayıdıb doğma məktəbdə əvvəl pioner, sonra isə müəllim işləmişdir. 1990-cı ildə o,Şuşa rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində çalışmışdır. 
Erməni qəsbkarları Şuşanı ağır silahlardan atəşə tutanda Sadıq da digər igid yoldaşları ilə birlikdə düşmənə qarşı mübarizənin ən qaynar yerlərində idi. 1992-ci ilin aprelində Şuşa ermənilər tərəfindən atəşə tutulan zaman Sadıq Hüseynov yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olmuşdur... 
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Sadıq Dayandur oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.