Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Şəhidlərimiz
8 Fevral , 2015

1964-cü ildə Hindarx kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra kənddəki su artezanları istismarı idarəsində çilingər işləmişdir. Qarabağda gərginlik yarananda o, Ağdam özünümüdafiə taburunun tərkibinə daxil olaraq Naxçıvanik, Şelli kəndlərinin müdafiəsində iştirak etmişdir. Ağcabədililərin yaratdığı özünümüdafiə taburu döyüşçüləri arasında hindarxlılar içərisində döyüşlərdə igidliyi ilə seçilənlərdən biri də Etibat İsmayılov idi. O, Xocavənd rayonunun Kuropatkino, Muğanlı, Əmirallar kəndləri və Nərgiztəpə ərazisindəki döyüşlərdə bir kəşfiyyatçı kimi əsl igidlik nümunəsi göstərmişdir.

4 yanvar 1994-cü il tarixdə Etibargil Xocavənd rayonunun Ceyilli yüksəkliyi və Qarakənd istiqamətində düşmən arxasına keçməklə mühüm əməliyyatı yerinə yetirdilər. Üzbəüz döyüşdə çoxlu erməni quldurlarını məhv etmiş, böyük qəhrəmanlıqlar göstərmiş E.İsmayılov ağır yaralananda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atmış, tankı partladaraq yoldaşlarını xilas etmiş, özü isə əbədiyyətə qovuşmuşdur...

5 yanvar 1994-cü il tarixli Prezident fərmanı ilə Etibar Bəylər oğlu İsmayılova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.