Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Qanlı tarix
8 Fevral , 2015

Azərbaycan xalqının yaddaşına həkk olunmuş 1990-cu ilin qanlı yanvarından neçə illıər ötür. Həmin gün azadlıq , istiqlaliyyət uğrunda küçələrə ,meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet rejimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən –dırnağa qədər silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. O vaxt SSRİ rəhbərliyinin açıq şəkildə Ermənistanın respublikamıza qarşı ərazi iddialarını dəstəkləməsi və Azərbaycan rəhbərlərinin xəyənatkar siyasət yeritməsi xalqı qəzəbləndirmişdi. Torpaqlarının bir qarışını da düşmənə qıymayan xalq ayağa qalxmış və bu ayrı- seçkiliyə ,ədalətsizliyə dözməyərək ,”Torpaqdan pay olmaz!” deyərək etiraz səsini ucaltmışdı.

Bu haqsızlığa etiraz edən xalqın səsini boğmaq üçün qanlı terror aktına əl atan Sovet rejimi Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri ,sovet hərbi hissələrində xidmətdə olan erməniləri respublikamızın üzərinə göndərdi . Sovet ordusunun şəhərə girməsi Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi ,SSRİ Ali  Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarı , eləcə də keçmiş SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qarbaçovun razılığı ilə olmuşdur.

1990-cı il yanvarın 19-da Mixail Qarbaçov SSRİ Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq Bakıda fövqalədə vəziyyət elan olunması haqqında fərman imzaladı .Lakin buna baxmayaraq ,Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxvi şəkildə həyata keçirilirdi. İlk növbədə ,Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu əməliyyatı SSRİ DTK-nin “ALFA” qrupu yanvarın 19-da həyata keçirdi.Respublika üzrə televiziya verlişləri dayandırıldı. Gecə isə qoşun fövqalədə vəziyyət elan olunmasından xəbərsiz əhaliyə amansız divan tutdu. Günahsız insanları tankların tırtılları altında xıncım –xıncım edərək, qadağan olunmuş güllələrlə qətlə yetirərək bəşər tarixində görünməyən vəhşiliyə əl atdı. qarşı soyqırımı həyata keçirmiş Sovet rejiminə  qarşı ən kəskin bəyənaı ,o vaxt Moskvada yaşayan , ermənilərin fitvası ,min hiylə və məkri ilə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılmış ,lakin hələ də təqib və təzyiqlərə məruz qalan ümummilli lider Heydər Əliyev verdi.Ulu öndər faciə törədiləndən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi. Dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin  Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kəskin pislədi, bunu insanlığa , humanizmə sığışmayan hərəkət kimi qiymətləndirdi. O, bu dəhşətli faciyəyə siyasi qiymət verilməsini tələb etdi.

Azərbaycana  20 Yanvar faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli lider 20 Yanvar günü imperiya qoşunları qarşısında mərdi-mərdanə dayanan Azərbaycanın mərd oğul və qızlarının bu dəyanətini çox yüksək qiymətləndirərək demişdir:”Azərbaycan xalqı 20 Yanvarda hərbi , siyasi , mənəvi təcavüzə məruz qalsa da  öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu , Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.

1990-cı ilin Qanlı Yanvarda Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları  özlərinin fədakarlığı , şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir. “

Bakının ən yüksək, ən nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var: Şəhidlər xiyabanı .Ölkəmizə rəsmi səfərə gələn xarici qonaqlar Şəhidlər Xiyabanına aparılır, Vətən uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın məzarları üstünə gül dəstələri qoyulur, onların unudulmaz xatirələri yad edilir.