Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Rayon haqqında
8 Fevral , 2015

Ağcabədi rayon Dövlət Rəsm Qalereyası 2005-ci ilin yanvar ayından fəaliyyət göstərir. Qalereyada il ərzində müntəzəm olaraq sənət adamları ilə görüşlər keçirilir və tanınmış rəssamların sərgiləri nümayiş olunur.

Qalereyada tanınmış rəssamların sərgiləri ilə yanaşı şəhər İncəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin sənət əsərləri, rəssamlığa marağı olanların əl işləri də nümayiş olunur.

Qalereyada rəssamlığa marağı olan uşaqlardan ibarət həvəskər birlik fəaliyyət göstərir. Birliyin 20 nəfər üzvü vardır. Müntəzəm olaraq onların əl işlərindən ibarət sərgilər təşkil edilir.

Qalereyada rayonumuzun tanınmış rəssamlarından Sərdar Muxtarovun fərdi yaradıcılıq sərgisi nümayiş olunur.

Qalereyada hər il uşaq yaradıcılıq sərgiləri 2 dəfə, Qalereyadan kənar isə 12 dəfə (orta məktəblərdə) təşkil edilir.

Qalereyanın fondunda 46 ədəd rəsm əsəri nümayiş olunur. Bunlar nəqqaşlıq, heykəltaraşlıq və tətbiqi incəsənətdir. Qalereyaya ekskursiyaya gələnlərin sayı 1000-1200 nəfərə yaxındır.