Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Rayon haqqında
8 Fevral , 2015

Ağcabədi rayon Tarix-Diyarşünaslıq muzeyi 1980-cı ildə yaradılmışdır. Əvvəllər uyğunlaşdırılmış binada yerləşən muzey 1992-ci ildən Ü. Hacıbəyli prospekti 91-də , iki mərtəbəli binada fəaliyyət göstərir. Burada rayonun qədim tarixinin bir parçası daşlaşıb, şəkilləşib, əşyalaşıb və tarixi həqiqətə çevrilmışdır.

Muzeydə Ağcabədinin tarixini, mədəniyyətini, milli dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir.

Muzeyin əsas fondunda 4460 ədəd eksponat saxlanır. Muzeyin ekspozisiyası 3 bölmədən ibarətdir: Bundan başqa Muzeydə təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr(1917-1945-ciillər), müasir dövr, 1945-ci ildən hal-hazırki dövrə qədər bütün bölmələrdə nümayiş olunan eksponatlardan ibarət 8 salonu vardır.

Muzeydə ümummilli lider Heydər Əliyevin əmək və fəaliyyəti dövrünü və Azərbaycan dahi bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etirən güşədə nümayiş olunur.

2011-ci ilin 8 ayı ərzində 17838 nəfər muzeydə eksponatlarla tanış olmaq üçün muzeyi ziyarət etmiş, 209 ekskursiya keçirilmişdir.

Hazırda muzeydə 5000-dən çox eksponat qorunur. Qədim əşyalar və qiymətli bəzək - zinət nümunələri 8 müxtəlif otaqda saxlanılır. Burada hər bir otaq ayrı-ayrı tarixi dövrləri əks etdirir. Muzeyin ən qədim eksponatları isə ötən yay arxeoloqlarının rayon ərazisində qazıntı işləri aparan zaman aşkarladıqları məişət əşyalarıdır. 1980-ci ildə inşa olunan binanın işıqlandırılmasını təmin etmək üçün dam örtüyünün bir hissəsi şəffaf şüşədən qurulmuş, fəaliyyət göstərdiyi müddət ərzində muzeyə kifayət qədər qədim əşyalar, tarixi sənədlər və materiallar toplamışdır.