Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Rayon haqqında
8 Fevral , 2015

Ağcabədi rayon Heydər Əliyev prospekti 217 ünvanında yerləşən Heydər Əliyev Mərkəzinin təməli 15 iyun 2006-cı il tarixdə “Qurtuluş günündə” qoyulmuşdur. Mərkəzin inşası 2007-ci ilin fevral ayında başa çatdırılmışdır. 17 yanvar 2008-ci ildə cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ağcabədiyə səfəri zamanı rəsmi açılışı olmuşdur. Rəmzi açılışı bildirən lenti kəsən dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə birgə Mərkəzlə yaxından tanış olmuşlar.

2007-ci ilin fevral ayından 2011-ci ilin iyun ayına qədər Heydər Əliyev Muzeyi kimi fəaliyyət göstərmişdir. Muzeylərin fəaliyyətlərinin genişləndirilməsi ilə əlaqədar olaraq Heydər Əliyev Muzeyi 2011- ci ilin iyun ayından Mərkəz adlandırılmışdır. Mərkəzin sahəsi 807 m2 ,həyətyanı sahəsi isə 880 m2- dir. Üç mərtəbədən ibarət və müasir görünüşə malik Mərkəzin üçüncü mərtəbəsində ulu öndərin büstü qoyulmuşdur. Burada ekspozisiya salonu,konfrans salonu, kompüter otağı, məktəblilər üçün sinif otaqları vardır.

Ümummilli liderin xatirəsinin ədədləşdirildiyi Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilir. Yaradılmış xüsusi guşələrdə ulu öndərin uşaqlıq və gənclik illərindən, ailə həyatından, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illərdən, Azərbaycana rəhbərliyinin hər iki dövründən bəhs edən fotoşəkillər və dahi şəxsiyyət haqqında yazılmış kitablar toplanmışdır. Burada ümummilli liderin Qarabağ bölgəsinə,o cümlədən 70-ci illərdə Ağcabədiyə etdiyi səfərlər zamanı zəhmətkeşlərlə görüşünə aid fotolar ayrıca guşədə yer alır.1993-cü ildə Ağcabədiyə səfəri zamanı ulu öndər cəbhə xəttində olması və əsgərlərlə görüşünə dair fotolar Mərkəzin eksponatlarını bəzəyir.