Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Rayon haqqında
8 Fevral , 2015

Ağcabədi — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi Azərbaycan Respublikasında 1939-1962-ci illərdə şəhər tipli olmuşdur. Ağcabədi rayonunun mərkəzi aeroport, Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir. Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı ilk dəfə 1593-cü ildə çəkilmiş və qədim tayfaların yaşayış məskəni olmuşdur. Ağcabədi yaxınlığında eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları və müxtəlif qəbir abidələr aşkar edilmişdir. Orta əsrlərə aid qəbiristanda daşdan yonulmuş qoyun formalı başdaşıları vardır. Ağcabədi Qarabağın dayağı olan Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir. Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır. Kəbirli kəndinin adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır.Şahsevən kəndinin adı isə XVI əsrdə I şah Abbas Qızılbaş tayfaların zəiflətmək üçün könüllü qvardiya düzəltmiş və onlara torpaq payları vermişdir. Həmin torpaqlar bu günə qədər öz qədim adlarını saxlayırlar. Ağcabədinin Şahsevən kəndinin adı məhz bu Şahsevən qvardiyasının adı ilə bağlıdır. 1727-ci ildə Gəncə-Qarabağın Müsəffəl tarix dəftərii sənədində Bərdə Livasına tabe olan Boyat nahiyəsi tərkibində Ağcabədi kəndinin adı çəkilir.Ağcabədi rayonunun Boyad kəndində Pənahəlixan 1747-1748-ci ildə Boyat qalasını tikdirmişdir. XVIII əsrin 50-ci illərində Hacı Çələbi Boyad qalasına hücum etsə də, onu ala bilməmişdir. Bunda sonra Pənahəlixan Boyat qalasının duzən yerdə yerləşdiyinə görə başqa qala tikdirmək qərarına gəlir. 1823-cü ilin məlumatına görə Ağcabədinin aşağı hisssəsində yerləşən Xəlfərəddin kəndi sonralar Ağcabədi ilə birləşərək Ağcabədi Xəlfərəddin adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisi inzibati bölgüyə bölən zaman Ağcabədi də inzibatı bölgüsünə görə rayon adı almış,1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilmişdir. Rayonun ərazisi 1756 km2, əhalisi 135550 nəfərdir. Rayon Ağdamın tərkibindən 1965-ci ildə ayrılmış və yenidən rayon statusu almışdır.

Tarixi

Ağcabədi rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur, 4 yanvar 1963-cü ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 6 yanvar 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur. Adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) olan Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur.

Coğrafi mövqeyi

Ağcabədi rayonu Bərdə, Zərdab, Füzuli, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonunun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində, Mil və Qarabağ düzlərindədir.

Ümumi ərazi, [kv.km] 1760.00

Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 815.29

Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 298.28

Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 600.29

Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 553.75

Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 8815.29

Şoran torpaqların ümumi sahəsi, [kv.km] 79.35

Relyefi

Ağcabədi rayonunun relyefi düzənlikdir, şimal-şərqdən cənub-qərbə doğru tədricən yüksəlir, ərazinin səthi Aptropoden sisteminin kontinental – Allüduar və dəniz çöküntülərindən təşkil olunmuşdur. Gil yatağı var. Rayonun şimal-şərq sərhəddi ilə təqribən 45 km məsafədə Kür çayı, mərkəzi hissədə Qarqar çayı axır. Rayon ərazisindən Yuxarı Qarabağ və Orcenikidze adlı kanallar keçir. Ərazidə şor sulu göllər var. Boz-çəmən, boz, çəmən-boz torpaqlar yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahəsinə də təsadüf olunur. Rayonda meliorasiya işləri tətbiq olunur.

Təbiəti

Rayonun şimal-şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqar çayı axır. Rayonun ərazisindən Yuxarı Qarabağ kanalı keçir. Ərazisində şor sulu göl var. Boz-çəmən, boz, çəmən-boz torpaqları yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahələrinə təsadüf olunur. Bitkiləri çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində kolluqlar və seyrəlmiş Tuqay meşələri vardır. Heyvanları: ceyran, canavar, çöldonuzu, çaqqal, tülkü, bataqlıq qunduzu, porsuq, boz dovşan, Kiçik Asiya qum siçanı və s. Quşları: turac, göyərçin, qaraqarın bağrıqara, qırqovul və s. Ağgöl Milli Parkı Ağcabədi rayonu ərazisindədir. Burada 15 növ heyvan, 20 növ balıq və 40 növ bitki qeydə alınmışdır. Ağcabədi rayonun meşə sahəsi az olması ilə səciyyələnir. Rayon ərazisində meşə təsərrüfatının ümümi sahəsi 5933 hektar, meşə ilə örtülü sahə 1355 hektardır. [3]

İqlimi

İqlimi mülayim, isti və quru subtropiktdir. Orta aylıq temperatur yanvarda 1,2 – 1,7 C, avqustda isə 25-30 C-dir. İllik yağıntı 300-500 mm-dir.

İri yaşayış məntəqələri

Ağcabədi şəhəri, Hindarx, Avşar, Hüsülü, Hacıbədəlli, Xocavənd, Şənlik, Yuxarı Qiyaməddinli, Qaravəlli, Qaradolaq, Yeni Qaradolaq, Təzəkənd, Salmanbəyli, Rəncbərlər, Kəbirli, Aran, Minəxorlu kəndləri

Əhalisi

Əhalinin ümumi sayı 135550

Şəhər əhalisinin sayı, [%] 31.2381

Kənd əhalisinin sayı, [%] 68.7619

Əhalinin orta sıxlığı 61.268750

Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 49.6490

Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 50.3510

Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 37.1575

Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 9.933

Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%] 49.9940

Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 7.8510

Ali təhsilli əhalinin sayı, [%] 4.728

Orta təhsilli əhalinin sayı, [%] 34.7760

Məskunlaşmış qaçqınların sayı 223

Məskunlaşmış məcburi köçkünlərin sayı 18431

İqtisadi xarakteristikası

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Ağcabədi Azərbaycanın əsas pambıqçılıq rayonlarındandır. Həmçinin, taxılçılıq, üzümçülük, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir. 2009-cu ildə rayonda 1769 hektar sahədə pambıq əkilmiş, 2645 ton məhsul yığılmışdır. 2010-cu ildə isə pambıq əkini 2425 hektar və həmin sahələrdən yığılan məhsul isə 2896 ton olmuşdur. Göründüyü kimi əvvəlki illə müqayisədə əkin sahəsi 656 hektar, məhsul istehsalı isə 251 ton artmışdır. Rayonda 2 pambıq tədarükü müəssisəsi Ağcabədi Pambıq "ASC "və" CTS Aqro" MMC fəaliyyət göstərir. Rayonda yağ-pendir zavodları, istehsal kombinatı vardır. Bundan başqa "Pambıq" ATSC, avtomobil təmiri zavodu müəssisələri var. Rayona qaz çakilməsi işlərinə 2008-ci ildə başlanılıb. 2013-cü ilədək Ağcabədi şəhəri də daxil olmaqla rayonun bütün yaşayış məntəqələrinə qaz çəkiləcəkdir. [5] Ağcabədidə 2009-cu ildə ət istehsalı 9024 ton, süd istehsalı 48432 ton, yumurta istehsalı 11902 min ədəd, yun istehsalı 975 ton olmuşdur. 2009-cu ildə taxıl əkini sahəsi 27383 hektar, cəmi məhsul 84712.4 ton, hər hektarın məhsuldarlığı 30.8 sentner olmuşdur. Bundan əlavə, 80 hektar dən üçün qarğıdalı əkilmiş, 470.2 ton məhsul götürülmüşdür. Cəmi 85182.6 ton məhsul istehsal edilmişdir.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Rayonda 62 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 2 məktəbdənkənar uşaq müəssisəsi, 39 uşaq bağçası, 8 musiqi məktəbi, 20 mədəniyyət evi, 43 klub, incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, 48 kitabxana, 12 xəstəxana, vərəm dispanseri, sanitar-epidemiologiya stansiyası, 22 feldşer-mama məntəqəsi var. Ermənistanın təcavüzü nəticəsində Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yüzlərlə ev, 1 məktəb binası, 1 kənd mədəniyyət evi, 1 kitabxana yandırılaraq məhv edilmişdir.

Maddi-mədəni irsi

Ağcabədi rayonunun ərazisində tarixi, memarlıq və incəsənət abidələri mövcuddur. Belə ki, rayonda eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşıyş yerlərinin qalıqları tapılmışdır.