Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Rayon haqqında
1 Mart , 2016

Axundov Cahangir Səməd oğlu (1934)-neft üzrə mütəxəssis, alim;

Budaqov Budaq Əbdüləli oğlu (1928) – görkəmli tədqiqtçı alim, “Şöhrət” ordenli ziyalı, ictimai və elm xadimi, akademik, AMEA-nın Coğrafiya İnstitunun sədri, MDB Dövlətlərarası Coğrafiya elminin Fundamental Problemləri Şurasının üzvü, Y.Məmmədəliyev, H.Əliyev, M.Araz, H.Z.Tağıyev adına mükafatların laureatı;

Cəmşidov Şamil – tanınmış ziyalı, Qorqudşünas alim, filologiya elmləri doktoru;

Xəlilov Qulu – alim, filologiya elmləri doktoru, professor, tanınmış ziyalı;

Qasımov Azər Ərəstun oğlu (1955) – tanınmış alim, ziyalı, Türkiyənin Samsun şəhərində “19 May” Universitetinin professoru, texnika elmləri doktoru;

Quliyev Şahlar-tanınmış alim, ziyalı.

Abbasov Nida Şahmalı oğlu (1963)-Xanəndə, müsabiqələrin laureatı;

Adıgözəlov Rauf Zülfü oğlu – Respublikanın xalq artisti, tanınmış bəstəkar;

Adıgözəlov Vasif-tanınmış bəstəkar, Respublikanın Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli ziyalı.

Adıgözəlov YalçınAzərbaycan Dövlət Simfonik orkestninin dirijoru;

Adıgözəlov Zülfü Səmədbəy oğlu (1998-1986) tanınmış xanəndə Azərbaycanın əməkdar artisti, bir sıra muğam və təsniflərinin, xalq mahnılarının mahir ifaçısı;

Bayramov Eldar Mahmud oğlu (1957)-Ümumiittifaq musiqi festifalı laureatı, qarmonçalan, müəllim;

Bəşirov Hüsən Məmiş oğlu (1931-2005)- tanınmış xanəndə;

Fərzəliyev Ağcabədiski Novruzov (1901-1991)-görkəmli xanəndə;

Hacıbəyov Soltan-görkəmli bəstəkar, tanınmış ziyalı;

Hacıbəyov Üzeyir Əbdülhüseyn bəy oğlu (1885-1948)-dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısı, Dövlət Azərbaycanın himninin musiqisinin müəllifi, maarifçi ziyalı, görkəmli publisist;

Heydərov Fazil Talib oğlu (1941) – geniş səs diapozonuna malik xanəndə, Xalq Yaradıcılığı Festivalının laureantı;

Xəlilov Asif Əşrəf oğlu (1953)- tanınmış xanəndə, bir sıra musiqi festivallarının qalibi, Ağcabədi şəhəri  musiqi məktəbinin direktoru, ziyalı;

Kazımov Ağakişi-Respublikanın Xalq artisti, Azərbaycan Dövlət Dram teatrının rejissoru;

Qəhrəmanov Səfa (1949) Respublikanın Xalq artisti, xanəndə, M.F.Axundov adına Opera və Balet teatrının solisti;

Mələk oğlu Səməd (Səməd İbrahimoğlu) (1896-1972) – görkəmli xanəndə;

Məmmədov Yaqub Məmməd oğlu (1930-2005) Respublikanın Xalq artisti, görkəmli muğam ustadı, Şöhrət ordenli xanəndə;

Mütəllimov Mütəllim (1909-1981) görkəmli xanəndə, muğam ustası;

Seyid Böyükkişi Seyid İbrahim oğlu (1935-1994)-gözəl nohə ustası, şirin səsli mömin xanəndə;

Seyid İbrahim Ağa Seyid Kazım oğlu (1891-1946) gözəlxan, mərziyəxan, xanəndə, mehriban və nüfuzlu ağsaqqal;

Seyid Rasim Mir Məcid oğlu (1940) tanınmış xanəndə;

Tağı Saleh oğlu (Xəlilov (1957))-tanınmış müğənni bəstəkar, şair, xanəndə,  bir sıra muğam və mahnı müsabiqələrinin qalibi;

Yusifov Rafiq Müzəffər oğlu (1951)-tanınmış xanəndə, müəllim “Rast” ansambılının üzvü bir sıra festivallarının qalibi, keçmiş Yuqoslaviyada keçirilmiş uşaqların Beynəlxalq Festivalının laureatı.