Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS

Yeni kitablar
Məhsəti Gəncəvi “Rübailər”
7 Fevral , 2015

Kitabda görkəmli ingilis dramaturqu, Nobel mükafatı laureatı, İngiltərədə absurd teatrının ilk yaradıcısı və ideoloqu olan Harold Pinterin Nobel nitqi, qələmə aldığı yeganə “Cırtdanlar” romanı və ən məşhur pyesləri oxuculara təqdim olunmuşdur. Onun əsərləri bizim üçün ənənəvi sayılan bir üslubda deyil. Əsasən, realist teatrı xatırladan Pinter dramaturgiyasında rastlaşdığımız hadisələrin hamısı real məkanda, adi məişət şəraitində baş versə də, personajlar arasındakı münasibətlər, dialoqlar, hadisələrin axarı tam gözlənilməz, qeyri-tipikdir. Yazıçının pyesləri tənhalıq, insanlar arasındakı əlaqələrin qırılması, ikiüzlülük, riyakarlıqdan bəhs edir.

Nobel mükafatı laureatları seriyasına daxil olan və “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.