Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS

Yeni kitablar
Orxan Pamuk “Seçilmiş əsərləri”
7 Fevral , 2015

Dünyada əsərləri ən çox nəşr olunan və oxunan on yazıçıdan biri, avropalıların “Avropaya roman yazmağı öyrədən yazıçı” hesab etdikləri məşhur türk yazıçısı Orxan Pamukun əsərləri 2006-cı ildə Nobel mükafatına layiq görülmüşdür.

Yazıçının “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan “Seçilmiş əsərləri”ndə “Mənim adım Qırmızı” romanı, “Pəncərədən baxmaq” hekayəsi, Nobel nitqi və müsahibələri yer almışdır.Mənim adım Qırmızı” romanında 1591-ci ildə 9 qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilmişdir.Nobel mükafatı laureatları seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.