Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS

Yeni kitablar
Heydər Əliyev adına Fotoalbom
10 Aprel , 2015

Xalqımızın tarixində müstəsna xidmətləri olan dövlət və mədəniyyət adamlarının, amalı insanlığa xidmətdən ibarət qüdrətli şəxsiyyətlərin xatirəsi heç zaman yaddaşlardan silinmir. XX yüz ilin ikinci yarısı, XXI əsrin ilk illərində həyatını və fəaliyyətini millətin yüksəlişinə bağlamış unudulmaz insan, böyük azərbaycanlı, Ulu öndər Heydər Əliyev epoxası Azərbaycan tarixinin parlaq səhifələrini təşkil edir. Bu dahi şəxsiyyətin yaşadığı ömür və gördüyü işlər vətənimizin hər qarışına səpələnmiş, milyon-milyon ürəkdə yuva qurmuşdur. Bu kitabda özül daşları Heydər Əliyevin əli ilə düzülən, onun istək və arzuları timsalında bəhər verən doğma ünvanlardan, Heydər Əliyevin adını daşıyan küçə, yol, mədəniyyət ocaqları, limanlar, bağlar, parklar haqqında danışılır.